Şamaxı rayonunda yük avtomobilinin aşması nəticəsində bir nəfər həlak olub

Şamaxı rayonunda yük avtomobilinin aşması nəticəsində bir nəfər həlak olub

Sabirabad rayon sakini Nahid Mehdiyev idarə etdiyi “QAZel” markalı avtomobili Şamaxı rayonunun Çöl Göylər kəndi ərazisində aşırıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, qəza nəticəsində sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Hadisə ilə bağlı Şamaxı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Mənbə: azertag.az