"Həqiqət Qədirova cinayət məsuliyyətindən qaçmaq üçün..." - Özünü öldürmək istəyən həkim

Xəbər verdiyimiz kimi, oktyabrın 19-da Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda həkim laborant Əsədli Aynur Azad qızı intihar etməyə cəhd edib.

Aynur Əsədli Unikal.org-la əlaqə saxlayaraq institutun direktoru Həqiqət Qədirovanın ona qarşı qarayaxma kampaniyası apardığını bildirib:

"Həqiqət Qədirova dünən bizim şöbədə işləməyən, əlaqəmiz olmayan işçiləri yığıb, onlara kağıza qol çəkdirib. Kağızda isə yazılıb ki, guya mənim psixi problemlərim var, ruhi xəstəyəm. Guya ki, mən həmişə belə olmuşam. Mən 22 ildir orada çalışıram, amma mənim heç bir nöqsanım olmayıb. Hamıda dürüst insan, savadlı həkim kimi tanıyır. Həqiqət Qədirova cinayət məsuliyyətindən qaçmaq üçün işçiləri yığıb, mənim əleyhimə imza atdırıb. Bizim şöbədən iki həkimi də çağırıb, boş kağıza qol çəkdirmək istəyirmiş. O həkimlər də etiraz ediblər ki, bu, artıq neçənci dəfədir ki, siz bizə ağ kağıza imza atdırırsınız. Həqiqət Qədirova onları aldatmaq üçün deyib ki, guya ki, bu, mənə lazımdır. Həkimlər də deyiblər ki, bu, Aynur xanımın nəyinə lazımdır ki? Həqiqət Qədirova məni işdən çıxartdırmaq istəyir. Çünki mən onun dediklərini etmirəm, baş əymirəm. Dünən prokurorluqdan müstəntiq gəlib instituta. 10-dan çox işçi izahat verib".

Murad İbrahimli

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Yüksək bal toplayıb Prezident təqaüdü qazanan Sevincin uğur hekayəsi - Video

SONRAKI XƏBƏR

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi ilə “YAŞAT” arasında memorandum imzalanıb