Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Saatlıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Saatlıda yolu keçən şəhər sakini Əzizə İsgəndərova Füzuli rayon sakini H.Ağayevin idarə etdiyi “Mercedes” markalı mikroavtobusla vurulub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, hadisə nəticəsində ağır xəsarət alan piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Yol-nəqliyyat hadisəsi ilə bağlı Saatlı Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

 

Mənbə: azertag.az