Azərbaycanda 8-ci sinif şagirdi məktəbdə ÖLDÜ - YENİLƏNİB

Baş Prokurorluq Xudatda məktəblinin ölümü ilə bağlı məlumat yayıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumatda bildirilib ki, Xaçmaz rayonu, Xudat şəhəri, İbrahim Məlikov adına 5 nömrəli orta məktəbin 8-ci sinif şagirdi 2008-ci il təvəllüdlü Xədicə Rəcəbovanın oxuduğu məktəbdə ölməsi faktı ilə bağlı hazırda Xaçmaz rayon prokurorluğunda araşdırma aparılır.

***

Bu gün Xudat şəhərində məktəbli ölümü baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, Xudat şəhər 5 nömrəli məktəbin 8-ci sinif şagirdi Rəcəbova Xədicə Rəcəb qızının məktəbdə vəziyyəti pisləşib. Xaçmaz Təhsil Şöbəsindən APA-nın yerli bürosuna verilən məlumata görə, xəstəxanaya çatdırılan məktəblini xilas etmək mümkün olmayıb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

İlkin məlumata görə, məktəbli bir həftə temperaturu olduğu üçün müalicə olunub. Bir həftədən sonra dərsə gəlib və bu gün qəflətən halı pisləşib.

Meyit tibbi ekspertizadan keçirilməsi üçün morqa aparılıb. Ölümün səbəbi ekspertin rəyindən sonra bilinəcək.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Apa.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda daha bir partiya dövlət qeydiyyatına alınıb

SONRAKI XƏBƏR

XİN Azərbaycanın beynəlxalq məhkəmələrdə Ermənistana qarşı qaldırdığı iddiaların detallarını açıqlayıb