Polis İdarəsində yoxlama aparıldı - Nazir bu rəisləri işdən çıxardı

Polis İdarəsində yoxlama aparıldı - Nazir bu rəisləri işdən çıxardı

Sabunçu payon Polis İdarəsinin 7 vəzifəli şəxsi işdən çıxarılıb.

Qaynarinfo xəbər verir ki, bu barədə Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzlayıb.

Qərar Polis İdarəsində aparılan xidməti yoxlamadan sonra verilib. Nazirin əmri ilə Polis İdarəsinin Cinayət-axtarış şöbəsinin rəisi Rəşad Rəcəbov, Təhqiqat şöbəsinin rəisi İlqar Rzayev, İctimai Təhlükəsizlik Şöbəsinin rəisi Azər Quliyev, şöbənin inspektoru Vasif Sadıqov, növbətçi hissənin rəisi Əli Babayev, kadrlar üzrə rəhbər Şəbnəm Rzayeva və müstəntiq Elxan Hacıyev vəzifədən azad olunub.

Qeyd edək ki, bu barədə ilk xəbəri Manset.az saytı yayıb.

Mənbə: qaynarinfo.az