İsveçdə Mahmudov təsadüfən güllələnib...

İsveçdə Mahmudov təsadüfən güllələnib...

Oktyabrın 12-də İsveçin Stokholm şəhərində yaşayan və işləyən həmyerlimiz Ramil Mahmudov qətlə yetirilib. Ramil axşam saatlarında evindən şəhərə çıxıb və bu zaman iki nəfər velosipedli şəxs ona yaxınlaşaraq avtomatla güllələyiblər. Ramil öldürülərkən onun yanında 15-16 yaşlarında bir uşaq olub. Həmin azyaşlıya da 3 güllə dəyib, o, hazırda xəstəxanadadır.

Bu sözləri Axar.az-a azərbaycanlı yazıçı Elçin Aslangil İsveçdə öldürülən həmyerlimiz Ramil Mahmudov barədə danışarkən deyib.

Onun sözlərinə görə, cinayətkarların hədəfi Ramil Mahmudov olmayıb:

“Ehtimal olunur ki, məqsəd həmin azyaşlını öldürmək olub. Sadəcə Ramil də həmin an orda olduğuna görə güllələrin əksəriyyəti ona dəyib. Ramil günahsız idi. O, sakit, çalışqan biri olub. Ailəsi Bakıda yaşayır. Ramil Mahmudov əslən Qubadlı rayonundandır. Təxminən 1-2 aya kimi Azərbaycana qayıtmağı planlaşdırırdı. Azərbaycanın XİN-i ilə əlaqə saxladıq. Qurumun mətbuat rəhbəri Leyla Abdullayeva bildirdi ki, məsələ onların diqqətindədir. L.Abdullayeva qeyd etdi ki, XİN-nin büdcəsində cənazə gətirilməsinə dair vəsait nəzərdə tutulmayıb, amma məsələ mütləq araşdırılacaq. Eyni zamanda, Azərbaycanın İsveçdəki səfirliyi ilə də danışdıq. Onlar da məsələnin onların diqqətində olduqlarını dedilər. Səfirlik bizə məlumat verdi ki, İsveç polisi ilə əlaqə saxlayıblar. Polis onlara Ramilin ölüm səbəbini açıqladıqdan sonra cənazə səfirliyə veriləcək. Səfirlik də cənazəni Bakıya göndərəcək. Məsələ həmçinin İsveç Azərbaycan Federasiyası və Stokholm Azərbaycan Evinin nəzarətindədir”.

 

Mənbə: axar.az