Bakıda iki sərnişin avtobusu toqquşub - FOTO

Bakıda iki sərnişin avtobusunun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, hadisə Bakının Nəsimi rayonu ərazisində, “Memar Əcəmi” metrosu yaxınlığında qeydə alınıb.

Qəza zamanı 205 və 92 nömrəli marşrut xətti ilə hərəkətdə olan avtobuslar toqquşub.

İlkin məlumatlara görə, hadisə nəticəsində ölən və yaralananlar olmayıb.

Hər iki avtobusa maddi ziyan dəyib.

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İrandan ŞOK GÖRÜNTÜLƏR: Başını bağlamayan qadına görün nə etdilər - VİDEO

SONRAKI XƏBƏR

Azərbaycanın bank sektorunun xalis mənfəəti 1 % azalıb