Qəsdən ailə üzvlərini koronavirusa yoluxdurub öldü

Qəsdən ailə üzvlərini koronavirusa yoluxdurub öldü

Rusiyanın Moskva şəhərində qadın özünü və yaxınlarını bilərəkdən koronavirusa yoluxdurduqdan sonra ölüb.

Belə ki, 42 yaşlı Anastasiya ailənin bütün üzvlərini “yüngül şəkildə” yoluxdurmaq istəyib. O inanıb ki, koronavirusu yüngül keçirən insandan virusa yoluxanda xəstəlik rahat keçir.

Beləliklə o, iki qızı ilə birlikdə xəstə rəfiqəsinin yanına gedib. Nəticədə, əri də daxil olmaqla bütün ailə koronavirusa yoluxub. Qadının özü ağır xəstələnib, lakin uzun müddət həkimə müraciət etməyib və sonra xəstəxanada ölüb.

Hazırda kiçik qızı reanimasiyadan köçürülüb. Mərhumun əri və ikinci qızı koronavirusu yüngül keçirib.

 

Mənbə: www.oxu.az