İngilis deputatı öldürən şəxs İŞİD-i dəstəkləyirmiş

İngilis deputatı öldürən şəxs İŞİD-i dəstəkləyirmiş

Bir neçə gün əvvəl Londonun şimal şərqində yerləşən kilsələrdən birində Britaniya parlamentinin Mühafizəkarlar partiyasından olan deputatı David Amessi öldürməkdə ittiham olunan Əli Hərbi Ali polis tərəfindən həbs edilib.

Yenisabah.az xəbər verir ki, məhkəmədə dövlət ittihamçısı cinayətkarın İŞİD terror təşkilatı ilə əlaqələrinin olduğunu, təşkilatı dəstəklədiyini bildirib.

Prokuror Somalinin keçmiş baş nazirinin media müşavirinin oğlu olan Əlinin illərlə hər hansı bir deputatı öldürməyi planlaşdırdığını vurğulayıb.

Polisin dediyinə görə, Əli qətl və terror aktları hazırlamaqda ittiham olunur.

Vestminister Cəza Məhkəməsində sonuncu dəfə keçirilən prosesdə Əli yalnız adını, yaşını və ünvanını təsdiq etmək üçün danışıb. Onun barəsində həbs qətimkan tədbiri seçilib və cümə günü cinayət məhkəməsində mühakimə olunacaq./Modern.az

 

Mənbə: yenisabah.az