Beyləqanda fermada yanğın oldu

Beyləqanda fermada yanğın oldu

Beyləqan rayonunun İkinci Şahsevən kəndində fermanın ərazisində ümumi sahəsi 68 m² olan qamışdan ibarət tövlə yanıb.

KONKRET.az Fövqəladə Hallar Nazirliyiniə istinadən bildirir ki, yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Mənbə: konkret.az