Metroda koronavirus xəstəsi tutuldu: “Hava almağa çıxmışdım” - FOTO

Bakıda daha bir aktiv koronavirus xəstəsi ictimaiyyət arasında saxlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin şöbə rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O, bununla bağlı “Facebook” profilində məlumat verib:

“Bir az əvvəl metronun “Avtovağzal” stansiyasında aktiv koronavirus xəstəsi, 1982-ci il təvəllüdlü Eldam Hüseynov saxlanılıb. Deyir, hava almağa çıxmışdım.

Bu əməlin adı cinayətkarcasına özünəgüvənmədir, etinasızlıqdır.

Bakı Metropolitenində Polis Şöbəsi əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsinin müalicə təyin olunan ünvana yerləşdirilməsi təmin olunub.

Onun barəsində cinayət qanunvericiliyinə uyğun olaraq, prosessual tədbirlər davam etdirilir”.

 

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Bölgələrdəki bəzi sahibkarlar kredit əldə etməkdə çətinlik çəkirlər - VİDEO

SONRAKI XƏBƏR

Türkiyədə leysan yağışları bu bölgədə 2-ci selə səbəb oldu