Ağstafada 11-ci sinif şagirdi bıçaqlanıb

Ağstafada bıçaqlanma hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Tatlı kəndində qeydə alınıb.

2004-cü il təvəllüdlü Sadıqov Sadiq bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə əməliyyat edilib.

İlkin məlumata görə, 17 yaşlı oğlan tanıdığı şəxs tərəfindən bıçaqlanıb.

Faktla bağlı araşdırma aparılır.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Xameneyi: “İsraillə münasibətləri normallaşdıran ərəb ölkələri “səhvlərini düzəltməlidir””

SONRAKI XƏBƏR

"Liverpul" səfərdə "Mançester Yunayted"i darmadağın edib - VİDEO