Türkiyədə qanla bitən torpaq davası - 3 ölü,4 yaralı

Türkiyənin Kayseri vilayətinin Tomarza rayonunda qohumlar arasında çıxan dava ölümlə nəticələnib.

Unikal.org xəbər verir ki, ərazi anlaşılmazlığına görə baş verən davada E.G. belindəki silahla dayısının oğulları Səlim, Bayram, Əfəndi və onların anası Elifə atəş açıb.

Səlim və Bayram hadisə yerində, Elif G. isə aparıldığı xəstəxanada həyatını itirib.

Hadisə zamanı yaralanan dörd nəfərin müalicəsi davam edir.

Qohumlarını öldürən cinayətkar saxlanılıb. Faktla bağlı araşdırma aparılır.

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

İranlı millət vəkildən ŞOK ETİRAF: "İranda 40 milyon insan yoxsulluqdan əziyyət çəkir"

SONRAKI XƏBƏR

“Fərqi yoxdur yaşlıdır, əsas pulu çox olsun” - Diana