Rusiyada İçki məclisində QUMBARA PARTLADI - Bir nəfər öldü

Rusiyada içki məclisində faciə baş verib.

KONKRET.az xəbər verir ki, hadisə Bryansk vilayətinin “Moskovski” mikrorayonunda olub.

məclisi zamanı qumbara partlayıb, bir nəfər həlak olub.

Bildirilib ki, 4 dost ev şəraitində yeyib-içərkən dostlardan biri özü ilə gətirdiyi qumbaranı stolun üzərinə qoyub. Bu zaman partlayıcı işə düşüb. Partlayış nəticəsində dostlardan biri – 29 yaşlı kişi qəlpə yarasından hadisə yerində ölüb.

Rusiya İstintaq Komitəsinin regional şöbəsi tərəfindən cinayət məcəlləsinin “ehtiyatsızlıqdan insan ölümünə səbəb olma, habelə partlayıcı qurğuların qanunsuz saxlanması” maddəsi ilə cinayət işi başlanıb.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyədə zəncirvari qəza - 27 avtomobil toqquşdu

SONRAKI XƏBƏR

Namiq Ələsgərovun "Bursaspor"da ilk qolu - Video