Lənkəranda atları güllələyən şəxsin kimliyi məlum olub

Lənkəranda atları güllələyən şəxsin kimliyi məlum olub

Lənkəran rayonunda atları güllələyən şəxsin kimliyi məlum olub.

Bu barədə "Femida.az -ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupunun baş inspektoru, polis baş leytenantı Məhəmməd Rzayev bildirib.

Onun sözlərinə görə, Lənkəran Şəhər Rayon Polis Şöbəsi əməkdaşlarının araşdırması zamanı iki baş atı güllələyən rayonun Digah kənd sakini Vüqar Məmmədovun olduğu müəyyən edilib: "Atların sahibi Bəhmən İbrahimova dəymiş ziyanın tam şəkildə ödənilməsi təmin olunub".

"Hazırda faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır”, o vurğulayıb.

Mənbə: femida.az