“Həyəcan təbili” çalındı: Buzlar əriyir, ölkə su altında qala bilər

“Həyəcan təbili” çalındı: Buzlar əriyir, ölkə su altında qala bilər

Niderland Kral Meteorologiya İnstitutu (KNMI) bu ökənin sahillərində dəniz səviyyəsinin gözləniləndən daha sürətli yüksələ və 2100-cü ilə qədər iki metrə çata biləcəyi barədə xəbərdarlıq edib.

Teleqraf.com xəbər verir ki, KNMI istixana qazının emissiyalarının azaldılmayacağı təqdirdə, Niderland sahillərində dəniz səviyyəsinin əsrin əvvəlindəki səviyyəsi ilə müqayisədə 2100-cü ildək təxminən 1.2 metr yüksələ biləcəyini bildirib.

Hesabatda həmçinin deyilib ki, Antarktikada buz örtüyünün əriməsi sürətləndikcə, sözügedən tarixədək dəniz səviyyəsi hətta 2 metr yüksələ bilər.

KNMI-nin məlumatları BMT-nin İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin (IPCC) avqust ayında dərc edilmiş hesabatına əsaslanır.

KNMI, həmçinin Niderlandın iqliminin çox sürətlə dəyişdiyini də diqqətə çatdırıb.

Dəniz səviyyəsinin qalxması ilə yanaşı, şiddətli quraq yaz və yay aylarının sayının artması və yağışların həcminin artması da proqnozlaşdırılır.

KNMI-nin hesabatında deyilir: “İqlimimiz tədricən Cənubi Avropa iqliminə doğru dəyişir”.

Mənbə: teleqraf.com