DYP əməkdaşları "Mitsubishi"dən avtomat tapdı

DYP əməkdaşları "Mitsubishi"dən avtomat tapdı

Baş Dövlət Yol Polisi İdarəsi və İmişli RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirləri keçirilib.

Publika.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, oktyabrın 26-da Bəhrəmtəpə qəsəbəsi ərazisində qəsəbə sakini S.İmanovun idarə etdiyi “Mitsubishi” markalı avtomobilə baxış zamanı oradan “AK-74” markalı silah aşkar edilərək götürülüb.

S.İmanov və sərnişini - Çaxırlı kənd sakini M.Rəhimov saxlanılıblar.

Araşdırma aparılır.

Mənbə: publika.az