15 şirdə koronavirusun "Delta" ştammı aşkarlandı

15 şirdə koronavirusun "Delta" ştammı aşkarlandı

ABŞ-da müxtəlif heyvanxanalarda saxlanılan 15 şirdə koronavirusun "Delta" ştammı aşkarlanıb.

Sonxeber.az Lent.az-a istinadən bildirir ki, Kolorado və Yuta ştatlarında yerləşən heyvanxanalarda 15 şirin koronavirus testi müsbət çıxıb.

Şirlərdə öskürək, asqırma və yorğunluq müşahidə edən rəhbərlik onlardan test götürülməsini tələb edib. Onların səhhətinin artıq yaxşı olduğu bildirilir.

Qeyd edək ki, daha əvvəl Hindistandakı heyvanxanada saxlanılan səkkiz Asiya aslanının da COVID-19 testinin müsbət çıxdığı açıqlanmışdı.

 

 

 

Mənbə: sonxeber.az