Paytaxt sakinindən heroin aşkarlanaraq götürülüb

Paytaxt sakinindən heroin aşkarlanaraq götürülüb

Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş S.Məmmədov Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Minval.info-ya bildirilib ki, axtarış zamanı ondan doqquz qrama yaxın heroin aşkarlanıb.

Davam etdirilən tədbirlər nəticəsində onun paytaxtın Nizami rayonu ərazisindəki mənzilinə baxış zamanı oradan 110 qram heroin və elektron tərəzi götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: minval.info