Ağciyər Xəstəlikləri İnstitutunda OLAY - Tavan xəstələrin üzərinə uçdu

Ağciyər Xəstəlikləri İnstitutunda OLAY - Tavan xəstələrin üzərinə uçdu

Bu gün Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda tavan uçub.

Unikal.org-un əldə etdiyi məlumata görə, hadisə qadınların yerləşdirildiyi palatada baş verib. Belə ki, tavan uçaraq qadın xəstələrin üzərinə tökülüb.

Həmin xəstələr digər palataya köçürülüblər. Hadisə nəticəsində xəsarət alanlarla bağlı hələlik məlumat yoxdur.

Murad İbrahimli

Mənbə: www.unikal.org