Qəbələdə avtomobil piyadanı vuraraq aşıb, ölən və yaralanan var

Qəbələdə avtomobil piyadanı vuraraq aşıb, ölən və yaralanan var

Qəbələdə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Soltannuxa kəndində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Renault" markalı avtomobil yolu keçmək istəyən kənd sakini Narıngül Səbzəliyevanı vurub, daha sonra avtomobil aşıb. Nəticədə N.Səbzəliyeva hadisə yerində ölüb. Sürücü müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır/Report.

Mənbə: www.mia.az