Tovuzda arvadını qısqanclıq zəmnində öldürən şəxsə hökm oxunub

Tovuzda arvadını qısqanclıq zəmnində öldürən şəxsə hökm oxunub

Gəncə Ağır Cinayətlər Məhkəməsində arvadını öldürməkdə təqsirləndirilən Malik Məmmədəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

Press.az xəbər verir ki, iş hakim Faiq Mahmudovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə o, 9 il 9 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2020-ci ilin avqust ayının 7-də Tovuz rayonunun Aşağı Quşçu kəndində qeydə alınıb.

Belə ki, 1986-cı il təvəllüdlü Məmmədəliyev Malik Şahmar oğlu qısqanclıq zəmnində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Rəqsanə Məmmədovanı bıçaqlayıb.

Qadın Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirisə də, onun həyatını xilas etmək mümkün olmayıb.

M.Məmmədəliyevə Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham verilib.

Mənbə: press.az