Bakıda aliment borcuna görə axtarışda olan şəxs tutulub

Bakıda axtarışda olan şəxs saxlanılıb.

Bu barədə Report-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı paytaxt sakini Emil Qasımov tutulub. O, rayon İcra və Probasiya şöbəsi tərəfindən axtarışa verilmişdi.

Belə ki, saxlanılan şəxs iki övladına görə keçmiş həyat yoldaşına müəyyən müddətdir aliment ödəməkdən boyun qaçırır. Köməksiz qalan qadın isə polis əməkdaşlarına müraciət edib.

Dindirilmə zamanı müəyyən olunub ki, E.Qasımov tüfeyli həyat tərzi keçirir.

Daha sonra E.Qasımov Binəqədi Rayon İcra və Probasiya şöbəsinə təhvil verilib, eləcə də borclu olduğu alimentin bir hissəsi ödətdirilib.

Press.az

ƏVVƏLKİ XƏBƏR

3 illik yalan bəlli oldu

SONRAKI XƏBƏR

Əli Əsədov Türkiyə Banklar Birliyinin İdarə Heyətinin sədri ilə görüşdü