Tovuz dəmiryolunda azyaşlı uşağı dilənməyə MƏCBUR ETDİLƏR - DİN məsələyə qarışdı - FOTO

Tovuz dəmiryolunda azyaşlı uşağı dilənməyə MƏCBUR ETDİLƏR - DİN məsələyə qarışdı - FOTO

Sosial şəbəkələrdə Tovuz rayonunda diləndirildiyi iddia olunan körpənin fotoları yayılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Uşaqlar birliyi”nin sədri, tanınmış hüquq müdafiəçisi Kəmalə Ağazadə məlumat verib.

Onun sözlərinə görə, uşaq birmənalı şəkildə dilənməyə məcbur edilib.

Baş vermiş hadisə ilə bağlı Azərbaycan Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Metbuat.az-a açıqlamasında araşdırmalara başlanıldığını deyib.

“Məsələ nəzarətə götürülüb, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarına müvafiq tapşırıqlar verilib”, - deyə E.Hacıyev vurğulayıb.

Sosial Xidmətlər Agentliyinin mətbuat katibi Murad Həşimov Metbuat.az-a bildirib ki, vəziyyət nəzarəyə götürülüb.

Daha ətraflı məlumat daha sonra ictimaiyyətə təqdim olunacaq.

Gülbəniz Hüseynli

Mənbə: metbuat.az