Marketdə “patı” satarkən saxlanıldı

Polis ərzaq mağazasında “patı” satan şəxsi yaxalayıb.

Bu barədə "Qafqazinfo"ya DİN-in Mətbuat xidmətinin Quba regional qrupundan məlumat verilib.

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotik vasitələri əldə etməsi, saxlaması, daşıması və satmasında şübhəli bilinən rayon sakini Altan Məhərrəmov saxlanılıb. Həmin şəxsin icarəyə əsasında işlədiyi ərzaq mağazasına baxış keçirilən zaman oradan külli miqdarda psixotrop maddə olan metamfetamin və kustar üsulla hazırlanmış heroin aşkar olunub.

Faktla bağlı araşdırma aparılır.

Qafqazinfo.az

ƏVVƏLKİ XƏBƏR

Türk iqtisadçı lirənin ucuzlaşmasında Mərkəzi Bankı İTTİHAM ETDİ

SONRAKI XƏBƏR

Vətəndaşlara ŞAD XƏBƏR: Bu sahələrdə ƏDV-ni geri almaq mümkün olacaq - VİDEO