Rusiyada şaxtadakı yanğında 11 nəfər ölüb

Rusiyada şaxtadakı yanğında 11 nəfər ölüb

Rusiyanın Kemerevo vilayətinin Belovo şəhərindəki şaxtada yanğın nəticəsində ölənlərin sayı 11 nəfərə çatıb.
AzVision.az xəbər verir ki, bu barədə Kemerovo vilayətinin qubernatoru Sergey Sivilyev deyib.

"Daha bir nəfərin öldüyü məlum olub. Qurbanların sayı 11 nəfərə çatıb”, - o, bildirib.

Xatırladaq ki, hadisə bu gün səhər saatlarında “Listvyajnaya” şaxtasında baş verib.

Fövqəladə Hallar Nazirliyi hadisə zamanı şaxtada 285 nəfər olduğunu, onların çoxunun evakuasiya edildiyi barədə açıqlama yayıb.

Pərvanə Sultanova
 

Mənbə: azvision.az