5 gün əvvəl itkin düşən kişinin meyiti çayda TAPILDI

5 gün əvvəl itkin düşən kişinin meyiti çayda TAPILDI

Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

"Unikal" xəbər verir ki, rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Qasımov Zahid İbrahim oğlunun meyiti Əsrik Cırdaxan kəndində çayda aşkarlanıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Zahid Qasımovun noyabrın 20-də evdən çıxdığı, bir daha geri qayıtmadığı bildirilib.

Mənbə: www.unikal.org