Fiziki zorakılığa məruz qalan 13 yaşlı qızın görüntüləri yayıldı - VİDEO

Fiziki zorakılığa məruz qalan 13 yaşlı qızın görüntüləri yayıldı - VİDEO

Azərbaycan Uşaqları İctimai Birliyini sədri Kəmalə Ağazadə sosial şəbəkədə yeni paylaşım edib.

BAKU.WS xəbər verir ki, Ağazadə instaqram hesabında fiziki zorakılığa məruz qalan 13 yaşlı qızın görüntülərini yayımlayıb. O, az yaşlıya bu vəhşilyi edənlərin tezliklə tapılaraq cəzalandırılmasını istəyib:

"13 yaşlı qıza qarşı şiddət. Kim edib? Bu sualın cavabı polis və prokurorluq əməkdaşları tərəfindən araşdırmalar zamanı bəlli olacaq. Hazırda azyaşlı uşaq sığınacağında yerləşdirilib.

Ata və ana arasında baş verən mübahisələr, qərəzlər nəticəsində işgəncələrə məruz qalan hər zaman uşaqlar olur. Valideynlərdən uzaqlaşdırılan uşaqlar isə əsl həqiqəti təhlükəsizliyini hiss etdikdə danışacaq.

BAKU.WS

Mənbə: baku.ws