Özəl təyyarəsi ilə xaricə dollar daşımaq istədi: Qarşısını F-16 kəsdi

Özəl təyyarəsi ilə xaricə dollar daşımaq istədi: Qarşısını F-16 kəsdi

Türkiyəli iş adamı Ali Ağaoğlunun xaricə külli miqdarda valyuta daşımaq istəməsi barədə iddialar yayılıb.

Metbuat.az "Sondakika"com-a istinadən xəbər verir ki, iddialara görə, içi dollarla dolu olan iş adamının özəl təyyarəsinin ölkədən çıxmasına F-16 qırıcısı imkan verməyib. Yayılan iddialara cavab verən iş adamı, xəbərləri təkzib edib. O bildirib ki, iddiaların əsası yoxdur. İş adamı özəl təyyarəsinin və xaricdə mülkinin olmadığını bəyan edib.

“Sübut etsinlər” - deyə iş adamı bildirib.

Mənbə: metbuat.az