Ermənistanda batalyon komandiri mayor HƏBS OLUNDU - 16 noyabr hadisələrinə görə

Ermənistanda batalyon komandiri vəzifəsini icra edən mayor G.Q. saxlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Baş prokurorun müşaviri Qor Abramyan məlumat verib. Batalyon komandiri “noyabrın 16-da sərhəddə gərginlik zamanı hərbi qulluqçuların əsir götürülməsi və döyüş mövqeyini itirməsi” işi üzrə həbs edilib.

“7 nəfərlik bir qrup hərbçi ilə döyüş mövqeyini qoyub qaçaraq Azərbaycan Silahlı Qüvvələrinə təhvil verən batalyon komandiri tutulub”, – deyə prokuror bildirib.

Batalyon komandiri “döyüş növbətçiliyinin və ya hərbi xidmətin icrası qaydalarını pozma ağır nəticələrə səbəb olduqda” maddəsi ilə ittiham olunur.

Xuraman Etibarlı

 

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Merkel və Zelenski Donbasdakı vəziyyəti müzakirə etdi

SONRAKI XƏBƏR

Rus deputatdan həyasız çıxış: “Qarabağ müstəqil dövlət olmalıdır”