Myanmada 6 bal gücündə zəlzələ baş verdi

Myanmanın qərbində Hindistanla sərhəd yaxınlığında 6,0 bal gücündə zəlzələ baş verib.

Publika.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bu barədə Avropa Aralıq Dənizi Seysmoloji Mərkəzinin (EMSC) məlumatında deyilir.

ESMC-nin məlumatına görə, yeraltı təkanlar cümə axşamı saat 23.45-də qeydə alınıb. Episentr 40 kilometr dərinlikdə, Xaxa şəhərindən on kilometr şimal-qərbdə yerləşib.

Mümkün tələfat və dağıntılar barədə məlumat verilməyib.

Hüseyn

Publika.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə də Rusiyaya başsağlığı verdi

SONRAKI XƏBƏR

1 manat 50 qəpiyə kirayə ev... - Fotolar