Timsahla selfi baha başa gəldi

Timsahla selfi baha başa gəldi

68 yaşlı Filippin vətəndaşının ad günü pis hadisə ilə yadda qaldı.

KONKRET.az-ın xəbərinə görə, milli parklardan birinə istirahətə gələn qoca suda gizlənmiş canlını timsahın maketi hesab edib.

O, təzə aldığı smartfonla selfi edərək ailəsinə yollamaq qərarına gəlib. Sən demə, sudakı maket deyil, canlı timsah imiş.
Elə ilk şəkli çəkərkən timsah kişini dartaraq suya salıb.

O, 15 dəqiqə çabalayaraq və kənardakıların köməyi ilə 3 metrlik heyvanın dişlərindən xilas ola bilib. İlkin tibbi yardımdan sonra kişi xəstəxanaya aparılıb.

PS. Bu hadisənin videosu olsa da, etik səbəblərdən yaymırıq. 

Mənbə: konkret.az