Paytaxtda avtomobil motosikletçini vurub, sürücü hadisə yerindən yayınıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, hadisə Səbail rayonunda qeydə alınıb. Neftçilər prospektində avtomobil motosikletçi, 22 yaşlı Qasımov Kənan Namiq oğlunu vurub və hadisə yerindən uzaqlaşıb.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb, müayinə zamanı ona bədənin müştərək travması diaqnozu qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan XİN Rusiyaya başağlığı verib

SONRAKI XƏBƏR

Babayan, belə yekə-yekə danışmağın hara, "Şuşadan sonra Xankəndidə cəmi 7 adam(?) qalmışdı" deməyin hara...