Selfi həvəsi turisti ölümlə üz-üzə qoydu - FOTO/VİDEO

Selfi həvəsi turisti ölümlə üz-üzə qoydu - FOTO/VİDEO

Əyləncə parkında timsahla selfi həvəsi turisti az qala canı bahasına başa gələcəkdi. Hadisə Filippində baş verib. Bununla bağlı yayımlanan kadrlarda kişinin timsah olan hovuza girdiyi görünür. Sonradan məlum olub ki, 68 yaşlı Nehemias Çipada onun canlı olduğunu bilməyib, maket sayıb.

Kadrlarda kişinin şəkil çəkdirmək üçün ona tərəf əyildiyi, bu an heyvanın ona hücum etdiyi görünür.

Zərərçəkmiş təcili xəstəxanaya yerləşdirilib. Hadisədən sonra Çipada əyləncə parkını səhlənkarlıqda ittiham edib. Onun sözlərinə görə, hovuzda heykəl yox, əsl timsah olduğuna dair heç bir xəbərdarlıq nişanı olmayıb.

“Amaya View” nümayəndələri turistin müalicəsini öz üzərlərinə götürsələr də, təqsirləri olduqlarını inkar edirlər. Parkın baş əməliyyat direktoru Kendi Unabia bildirib ki, ərazidə hərəkət qaydaları bütün ziyarətçilərə əvvəlcədən izah edilir.

Mənbə: paralel.az