Azərbaycanda hərbçi BIÇAQLANDI

Azərbaycanda hərbçi BIÇAQLANDI

Mingəçevirdə hərbçi bıçaqlanıb.

"Unikal"ın məlumatına görə, hadisə Energetiklər yaşayış massivində baş verib. Belə ki, səhər saatlarında 1999-cü il təvəllüdlü Şirinov İsmayıl Farizarif oğlu mübahisə zəmnində naməlum şəxs tərəfindən bıçaqlanıb. Müxtəlif bədən xəsarətləri alan yaralı xəstəxanaya yerləşdirilib.

Bıçaqlanan şəxsin Müddətdən artıq xidmət edən hərbi qulluqçu (MAXE) olduğu deyilir.

Faktla bağlı araşdırma aparılır.

E.Muradlı

Mənbə: www.unikal.org