6 tona yaxın narkotik vasitə müsadirə edilib

6 tona yaxın narkotik vasitə müsadirə edilib

Bu ilin 10 ay ərzində narkotiklərlə bağlı ümumilikdə 7484 cinayət faktı aşkarlanıb.

PİA.az xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının sədri Əli Əhmədov deyib.

O bildirib ki, cari dövr ərzində qanunsuz dövriyyədən ümumilikdə 5 ton 880 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə müsadirə edilib.

Mənbə: pia.az