Gəncədə qadın ehtiyatsızlıqdan bıçaq xəsarəti alıb

Gəncədə qadın ehtiyatsızlıqdan bıçaq xəsarəti alıb

Gəncədə qadın bıçaq xəsarəti alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə şəhərin Aşıq Ələsgər küçəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Namazova Natalya qarnının kəsilmiş bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Qadının yarası tikilib, vəziyyətinin normal olduğu bildirilir. Yaralının dediyinə görə, yaşadığı evdə iş görən zaman yıxılıb. Bu zaman əlində olan bıçaq qarnına batıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

Mənbə: news.milli.az