Minik avtomobili aşdı - xəsarət alan var

Minik avtomobili aşdı - xəsarət alan var

Goranboyda idarəetmədən çıxan maşın aşıb.

"Unikal"-ın məlumatına görə, hadisə Səfikürd kəndi yaxınlığından keçən yolda baş verib. Axşam saatlarında baş verən hadisə zamanı minik maşını aşıb. İlkin məlumata görə, hadisə zamanı bir nəfər xəsarət alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

E.Muradlı

Mənbə: www.unikal.org