Rusiyada mədən qəzasında ölmüş hesab edilən şəxs sağ tapıldı - FOTO/VİDEO

Rusiyada Listvyajnaya mədənində baş vermiş qəzadan sonra sağ adam çıxarılıb.

Məlum olub ki, bu, əvvəllər ölmüş hesab edilən mədən-xilasetmə taqımı komandirinin köməkçisi Aleksandr Zakovryaşindir. Onun vəziyyəti orta-ağırdır.

Noyabrın 25-də səhər saatlarında Kemerovo vilayətinin Belovo şəhərindəki Listvyajnaya mədənində tüstülənmə baş verib. Hadisə nəticəsində azı 52 nəfər ölüb, daha 49 nəfər xəstəxanalardadır.

Fövqəladə vəziyyətin səbəbi, ilkin olaraq, metan partlayışı olub.

Bölgədə üç günlük matəm elan edilib.

Mənbə: TASS

 

Oxu.az

ƏVVƏLKİ XƏBƏR

İlham Əliyev: Bu formatda öz məqsədimizə çatacağıq!

SONRAKI XƏBƏR

“Sabah” “Keşlə”yə, “Neftçi” “Səbail”ə qarşı