“Listvyajnaya” şaxtasında zərər çəkmiş xilasedicilərin sayı 15 nəfərə çatıb

Rusiyada Kemerova vilayətinin “Listvyajnaya” şaxtasında axtarış-xilasetmə əməliyyatı zamanı zərər çəkmiş xilasedicilərin sayı 15 nəfərə çatıb. Onların hamısı xəstəxanaya yerləşdirilib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, zərər çəkmiş xilasedicilərin hamısı şaxtaçıların axtarışı ilə məşğul olarkən eyni marşrutla hərəkət ediblər. Ümumilikdə bu marşrutda olan 32 nəfərdən 5-i ölüb, 15 nəfəri zərər çəkib.

Xatırladaq ki, noyabrın 25-də Kemerovo vilayətindəki "Listvyajnaya" şaxtasında qəza baş verib. Hadisə nəticəsində 5-i xilasedici olmaqla, 51 nəfər ölüb. Noyabrın 26-dan 28-dək vilayətdə matəm elan edilib.

Report.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya və Çin “Demokratiya Sammiti” ideyasını rədd edirlər

SONRAKI XƏBƏR

Türk düşmənləri İrəvanda toplaşdı