Bakıda marşrut avtobusuna HÜCUM - Sürücünün başı partladı (VİDEO)

Bu gün Bakı şəhər Binəqədi rayonu ərazisində 114 saylı marşrut xətti üzrə hərəkət edən avtobusun sürücüsü hücuma məruz qalıb.

"Unikal"ın məlumatına görə, 30-35 yaşlı şəxs Hökməli dairəsi yaxınlığında hərəkətdə olan 10 TG 820 dövlət qeydiyyat nişanlı avtobusun dayanacaqdan kənarda saxlamasını tələb edib. Avtobus bir qədər öndə yerləşən dayanacağa çatıb saxladıqdan sonra həmin şəxs qaçaraq nəqliyyat vasitəsinə daxil olub və sürücünü təhqir edərək onu döyməyə, zərbələr endirməyə başlayıb.

Xuliqanlıq əməlinə davam edən şəxs sürücünün başını avtobusun ön şüşəsinə vuraraq partladıb. Avtobusdakı sərnişinlərin müdaxiləsindən sonra xuliqanlıq edən şəxs nəqliyyat vasitəsindən endirilib.

Xəsarət alan sürücüyə tibbi yardım göstərilib və ona yetirilmiş xəsarətin dərəcəsinin müəyyən edilməsi məqsədilə ekspertiza təyin edilib. Hadisə vaxtı avtobusun ön şüşəsi qırılıb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin 102 "qaynar xətti"nə müraciət edilib, araşdırma aparılır.

Murad İbrahimli

 

Unikal.org

ƏVVƏLKİ XƏBƏR

Azərbaycan istəyinə nail oldu - Paşinyan Soçidən ELAN ETDİ

SONRAKI XƏBƏR

Uşaqlarını tək böyüdən qadının işlə təminatı üçün sosial müəssisə yaradılacaq