Bakıda şadlıq sarayında işçilər arasında dava düşüb - Bıçaqlanan var

Bakıda şadlıq sarayında bıçaqlanma hadisəsi baş verib.

APA xəbər verir ki, hadisə paytaxtın Nizami rayonu, Babək prospektində yerləşən "Şahzadə" şadlıq sarayında qeydə alınıb.

Orada işləyən Cəmil Quliyev iş yoldaşı Ərhun Teymurlu ilə dava edən zaman onları aralamaq istəyən Asəf Fərzəliyevə bıçaqla zərbə vurub və hadisə yerindən yayınıb.

Faktla bağlı cinayət işi başlanılıb, C. Quliyev tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Azpolitika.info

ƏVVƏLKİ XƏBƏR

Həcc ziyarətindən görüntüsünü paylaşdı

SONRAKI XƏBƏR

Kanada döyüş təyyarələrinin alınması tenderindən “Boeing” şirkətini çıxarıb