Məhv edilmiş erməni əsgərin anası: “Uşağım iki saat sağ olub və onu köməksiz vəziyyətdə buraxıblar”

Məhv edilmiş erməni əsgərin anası: “Uşağım iki saat sağ olub və onu köməksiz vəziyyətdə buraxıblar”

44 günlük müharibədə məhv edilmiş erməni hərbi qulluqçulardan biri 19 yaşlı Aşot Avetisyandır. Ordu.az xəbər verir ki, o, tankçı olub.

Anası Aşot Avetisyanın qanaxma nəticəsində öldüyünü deyib.

Aşot Avetisyan da daxil olmaqla 28 nəfərin başına gələn hadisə ilə bağlı artıq bir ildir istintaq gedir, lakin valideynlər günahkarların cəzalandırılmayacağından əmindirlər.

“Oğlanları çıxarmamışdılar. Yalnız silahları çıxarmışdılar. Yalnız onu bilirəm ki, uşağım iki saat sağ olub və onu köməksiz vəziyyətdə buraxıblar. Mənə deyirlər ki, kömək etmişik, çıxara bilməmişik, artıq qanaxmaya düşürdülər, buraxdıq”, - deyə məhv edilmiş erməni hərbi qulluqçunun anası qeyd edib.

 

Mənbə: ordu.az