Mingəçevirdə sürüşmə hadisəsi baş verdi

Mingəçevir şəhərində 60 məcburi köçkün ailəsinin məskunlaşdığı binada sürüşmə qeydə alınıb.

KONKRET.az-ın xəbərinə görə, hadisə məcburi köçkünlərin yaşadığı keçmiş “Turist bazası” kimi tanınan ərazidə baş verib.

Son yağışlı havalardan sonra sürüşmənin miqyası daha da genişlənib, binada da çökmə yaranmağına səbəb olub. Mənzillərin çoxunda çatlar əmələ gəlib.

Ötən gecə isə, binada məskunlaşan Ağdam rayon sakini Vəli Zeynalova məxsus tikilinin ön hissəsini uçub.

Qeyd edək ki, Mingəçevirin keçmiş “Turist bazası” kimi tanınan ərazisində 1992-1993-ci illərdə Ağdam, Kəlbəcər və Laçın rayonlarından olan 60-dan çox ailə məskunlaşıb. Ərazidə baş verən sürüşmələr ötən illərdə də qeydə alınıb./apa

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Rusiya kənara çəkildi: Ermənistan Azərbaycanla tək qaldı - Kuznetsov Soçi görüşü haqda ...

SONRAKI XƏBƏR

“Qadına şiddətə yox“ şousu