Turşudan zəhərlənən 10 yaşlı qızdan xəbər var - VİDEO

Turşudan zəhərlənən 10 yaşlı qızdan xəbər var - VİDEO

Füzuli rayonunda 14 gün əvvəl pomidor turşusundan zəhərlənərək ağır vəziyyətdə xəstəxanaya çatdırılan 10 yaşlı qız iki dəfə kliniki ölüm keçirib. Amma həkimlər onu həyata qaytara biliblər.

Uşağın anası Esmira Quliyeva deyib ki, qəbul etdikləri pomidor turşusu evdə hazırlanıb. Həmin turşudan özü də daxil olmaqla digər ailə üzvləri də istifadə ediblər. Yalnız qızı və həyat yoldaşı zəhərlənib.

Kliniki Tibbi Mərkəzin mətbuat xidmətinin rəhbəri Elnur Hidayətoğlunun sözlərinə görə, qız zəhərlənəndən sonra ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Reanimasiya şöbəsinə yerləşdirilən uşağın həyatda qalması üçün bütün imkanlar səfərbər edilib.

Tibb işçiləri isə onun bu yaşda iki dəfə kliniki ölüm keçirməsinə baxmayaraq sağ qalmasını bir möcüzə hesab edirlər.

Qeyd edək ki, kütləvi zəhərlənmə noyabrın 12-də Füzuli rayonunda baş verib. Hadisə nəticəsində 10 yaşlı qızın atası dünyasını dəyişmişdi.

Milli.Az xəzərxəbər-ə istinadla sujeti təqdim edir:

Milli.Az

Mənbə: news.milli.az