Sabirabadda tibb məntəqəsi xarabalığı xatırladır - VİDEO

Sabirabadda tibb məntəqəsi xarabalığı xatırladır - VİDEO

Sabirabadın Türkədi kəndində yerləşən tibb məntəqəsinin inzibatı binası bərbad vəziyyətdədir.

Sakinlər binanın vəziyyəti ilə bağlı dəfələrlə aidiyyəti üzrə müraciət etdiklərini, ancaq tutarlı cavab ala bilmədiklərini və bu səbəbdən də çətinliklərlə üzləşdiklərini deyirlər.

Məsələ ilə bağlı Sabirabad Rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, nəinki Türkədi kəndində, ümumiyyətlə rayonun bir neçə kəndində bu cür vəziyyətdə olan ambulator sahə məntəqələri var və onların mövcud vəziyyətləri barədə aidiyyəti üzrə məlumat verilib.

Əlavə edilib ki, yaxın vaxtlarda kənd həkim sahə məntəqəsinin təmir olunması nəzərdə tutulub.

Milli.Az xəzərxəbər-ə istinadla sujeti təqdim edir:

Milli.Az

Mənbə: news.milli.az