60-dan artıq köçkün ailəsinin məskunlaşdığı ərazidə sürüşmə baş verib - VİDEO

60-dan artıq köçkün ailəsinin məskunlaşdığı ərazidə sürüşmə baş verib - VİDEO

Güclü yağışların ardından Mingəçevirdə sürüşmə qeydə alınıb.

Baku TV xəbər verir ki, hadisə məcburi köçkünlərin yaşadığı keçmiş turist bazası (turbaza) ərazisində baş verib. Sakinlər gecə saatlarında qəfildən güclü səs-küyə oyanıblar.

Təbiət hadisəsi zamanı Ağdam sakini Vəli Zeynalova məxsus tikilinin ön hissəsi uçub. Xoşbəxtlikdən xəsarət alan olmayıb.

Turbazada məskunlaşanlar bildirir ki, yaşadıqları ərazidə yayda ilan və həşəratların olması, payız-qış aylarında isə baş verən sürüşmələr onları qorxu içində saxlayır. Hətta gecə saatlarında evlərdən qəribə səslər də gəlir.

Qeyd edək ki, Ağdam, Kəlbəcər və Laçından olan 60-dan artıq köçkün ailəsinin məskunlaşdığı turist bazasında ötən il də sürüşmə hadisəsi baş vermişdi.

Mənbə: paralel.az