Xaçmazda xarici ölkə vətəndaşı qəzaya düşüb

Xaçmazda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

“Report”un Şimal bürosunun məlumatına görə, hadisə Gəndob-Xaçmaz-Rusiya magistral yolunun Qusarçay kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, TIR-la “VAZ-2106” markalı minik avtomobilinin toqquşması nəticəsində TIR-ın sürücüsü, İran İslam Respublikasının vətəndaşı, 1982-ci il təvəllüdlü Roxrsanavoz Mehri Hüseyn Bəhram oğlu və “VAZ-2106”nın sürücüsü Salayev Çingiz Ağayar oğlu xəsarət alıblar.

Yaralılar Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Report.az

ƏVVƏLKİ XƏBƏR

"Arsenal"dan qələbə

SONRAKI XƏBƏR

Soçidə diqqət çəkən məqam: Əvvəl və sonrakı Paşinyan - nə baş verdi? - Fotolar