Yaşlı qadın avtomobil qəzasında kəllə-beyin travması aldı

Şirvanda 64 yaşlı qadını avtomobil vurub.

KONKRET.az-ın APA-ya istinadla məlumatına görə, hadisə Şirvan şəhəri M.Ə.Rəsulzadə küçəsində qeydə alınıb. “VAZ-2107” markalı avtomobil yolu keçən Şirvan sakini, 1957-ci il təvəllüdlü Rəhimova Gülbuta Əvəz qızını vurub. Ağır kəllə-beyin travması alan 64 yaşlı qadın Şirvan şəhər mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

konkret.az

ƏVVƏLKİ XƏBƏR

Tibb bacısı yanlışlıqla 6 doza vaksin vurdu

SONRAKI XƏBƏR

"Bir-birimizə aşiq olmuşuq, gözəl gün keçiririk" - Müğənni Lətifə