Tibb bacısı yanlışlıqla 6 doza vaksin vurdu

Türkiyənin Konya şəhərində koronavirus əleyhinə vaskin olunmaq üçün xəstəxanaya gedən vətəndaşa birdəfəlik 6 doza “Biontech” peyvəndi vurulub.

Yenicag.az Türkiyə mediasına istinadən xəbər verir ki, tibb bacısı vaksin olunmaq üçün müraciət edən 23 yaşlı Semiha İşığa yanlışlıqla 6 doza “Bintech” peyvəndi inyeksiya edib.

Vurulan vaksinlər sayıldıqda məsələ üzə çıxıb. Konya Səhiyyə İdarəsi tərəfindən xəstəxanaya yerləşdirilən Semiha İşıq həkim nəzarətinə verilib.

Sözügedən yanlışlığa yol verən tibb bacısı haqqında araşdırma başladılıb.

www.yenicag.az

Yenicag.az

ƏVVƏLKİ XƏBƏR

Üzgüçülük idman növü üzrə Azərbaycan çempionatı davam edir

SONRAKI XƏBƏR

Yaşlı qadın avtomobil qəzasında kəllə-beyin travması aldı